Tabutun içindən qara kürü çıxdı

Tabutun içindən qara kürü çıxdı backend

Xabarovskun yol patrul xidmətinin əməkdaşları sürət həddini aşdığı üçün dəfn agentliyinin avtobusunda üstü əklillə örtülən tabutun içində 0,5 kiloqram qara kürü aşkar ediblər. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, avtomobili idarə edən sürücü deyib ki, Xabarovsk rayonunun Mayak Nanayski qəsəbəsindən ölən qadının meyitini aparır.

Administrativ sənəd hazırlanan zaman polislər sürücüdən avtomobilin salonunu baxış üçün könüllü açmasını təklif ediblər. Müfəttişlər matəm əklilin altında içində ikra olan plastik konteyner aşkar ediblər.

Dünyasını dəyişənin isə nəşi salonda olmayıb. Nəticədə agentliyin iki əməkdaşı saxlanılıb.

Onlardan biri deyib ki, tanımadıqları bir nəfər onlardan Xabarovskdakı meyitxanadan Mayak qəsəbəsinə ölən qohumunun nəşi aparmağı xahiş edib. Tabutu da avtomobilə naməlum şəxslər yükləyiblərBunun üçün sürücüyə və yanındakı şəxsə 25 min rubl ödəmək vəd edilib.

Polis indi faktla bağlı geniş araşdırmaya başlayıb.
Diaspora