Hindistanın Uttar Pradeş ştatında iki üzü və bir cüt ayaqları olan körpə doğulub.
“Daily Mail”in məlumatına görə, doğuşdan sonra körpə sağ qalmayıb.
Belə bir patologiyanın olduqca nadir olduğu qeyd olunur. Yeni doğulmuş körpə cəmi beş saat yaşaya bilib.
Uşaq hamilə Rama Devinin doğuş başlayandan sonra aparıldığı kənd xəstəxanasında doğulub. Həkimlər üçün belə bir körpə tamamilə sürpriz olub, çünki qadın hamiləliyi dövründə prenatal diaqnostikadan və ultrasəs müayinəsindən keçməyib. Bundan başqa, doğuşun özünün fəsadsız baş verdiyi dəqiqləşdirilir.
QAZİLER.AZ