Rusiyada yerləşən Buryatiya Respublikasının Ulan-Ude şəhərində beş yaşlı üç uşaq darvazanın açarını taparaq uşaq bağçasından qaçıblar.
Qaziler.az “RİA Novosti”yə istinadlaxəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin regional qərargahının mətbuat xidməti məlumat verib.
Hadisə iyunun 24-də səhər saatlarında baş verib.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, məktəbəqədər təhsil müəssisəsinin şagirdləri mühafizəçi olmadığı üçün darvazanın açarını tapıb və sərbəst şəkildə bağçanın ərazisini tərk ediblər.
Onlardan ikisini uşaqlardan birinin valideyni (anası), üçüncüsünü isə yoldan keçən şəxs geri qaytarıb. Vaxtında tapılan uşaqların vəziyyətinin yaxşı olduğu bildirilib.
QAZİLER.AZ