“Galaxy Z” seriyalı smartfonları ilə tanınan “Samsung” tez-tez qatlana bilən cihazlarının qalın korpusuna və innovasiyaların olmamasına görə tənqid edilir.
Cənubi Koreyanın “Naver” nəşri yazır ki, “Samsung” cəmi təxminən 7-8 mm qalınlığında qatlanan smartfon buraxmaqla vəziyyəti dəyişmək niyyətindədir. Çox güman ki, bu, dünyanın ən nazik qatlana bilən cihazı olacaq.
Mənbənin sözlərinə görə, Samsung artıq bu ultra nazik smartfonun hazırlanmasına başlayıb. Hələ adı və ya buraxılış tarixi məlum olmayan yeni cihaz qatlandıqda təxminən 7 mm qalınlığında olacaq.
Müqayisə üçün qeyd edilib ki, “Galaxy Z Fold6” qatlanan zaman qalınlığı 12,1 mm-dir. Çinin “Honor Magic V3” modelinin qalınlığı isə 9,3 mm-dir.
QAZİLER.AZ