Yaponiyanın “Toshiba” şirkəti özünün görüntü sensoru istehsalı biznesini “Sony” şirkətində olan tərəfdaşlarına satacaq. İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən verdiyi məlumata görə, razılaşmanın dəyəri 164 milyon 680 min dollar təşkil edir.
Bu qənaətə şirkət rəhbərliyi müəssisənin miqyaslı şəkildə strukturlarına yenidən baxılması ilə bağlı qərar verəndən sonra qəbul edib. Mütəxəssislərin sözlərinə görə, “Toshiba” tam olaraq bu cür texnologiya istehsalı bazarından getmək niyyətindədir. Şirkət əsas diqqətini digər seqmentə yönəltmək niyyətindədir. Ancaq bunun nə olacağı hələlik məlum deyil.Qeyd edək ki, “Sony” şirkəti dünyada sensor və fotokamera seqmentində ən irəlidə gedən şirkətlərdən biridir. Onun tərtibatları ilə nəhəng korporasiyalardan başlayaraq, az tanınan şirkətlərə qədər olan biznesdəki rəqibləri istifadə edirlər.
Xatırladaq ki, “Sony” şirkətinin rəhbəri mobil telefon istehsalı və satışı seqmentindən getməyin mümkünlüyünü bildirib. Buna səbəb “Samsung” və “Apple” nəhəngləri fonunda rəqabət qabiliyyəlitliyin olduqca aşağı səviyyədə olmasıdır.