Cəmi bir il ərzində Kral III Çarlzın arvadı Kraliça Kamilla Böyük Britaniyada köhnə dəbdə geyinən qadından əsl kraliça üslubunda geyinən xanıma çevrilib.
Qaziler.az “Daily Mail”ə istinadla xəbər verir ki, iyulun 17-də 77 yaşı tamam olacaq monarx mühafizəkar imicini dəyişərək eleqant və zərif geyinməyə başlayıb. Nəşr qeyd edir ki, Kral III Çarlzın tacqoyma mərasimindən sonra Kamilla onun üçün fərdi görünüş yaradan və bununla da “dəb baxımından əsl inqilab” edən geyimlərinin dizayneri Ceki Mikini işə götürüb.
“Kamilla tez-tez britaniyalı dizaynerlər Bryus Oldfild, Fiona Kler, Anna Valentayn və Filip Treysinin geyimləri ilə ictimaiyyət arasında görünür. O, bədən quruluşunu göstərən və zəriflik hissi yaradan rəngvə siluetlər seçir. Formasız paltarlar və böyük ölçülü paltolar dövrü artıq geridə qalıb. İndi Kamilla beli vurğulayan blazerlər və paltarlar geyinir. Nəşr bildirir ki, o, mərhum II Yelizavetanı müəyyən mənada kopyalayaraq zərif papaqlardan istifadə etməyə başlayıb.
QAZİLER.AZ