Rusiyada məktəbli qızın beynindən parazit dolu kistalar çıxarılıb

Rusiyada məktəbli qızın beynindən parazit dolu kistalar çıxarılıb backend

Surqut Travma Xəstəxanasının həkimləri 16 yaşlı məktəbli qızın beynindən parazit dolu 3 böyük kista çıxarıblar.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Yuqra Səhiyyə Departamentinin direktoru Aleksey Dobrovolski şəxsi teleqram kanalında məlumat verib.

“İddialara görə, infeksiya ev itindən keçib, ona da bu tip parazit diaqnozu qoyulub. Sürfələr qan axını ilə xəstənin beyninə daxil olub, orada çoxsaylı torbalarda məskunlaşıb”, - bildirib.

Xəstəyə qıcolma və ətrafların ikitərəfli parezi ilə əlaqədar təyin edilmiş müayinədən sonra kistalar aşkar edilib. Diaqnoz qoyulandan sonra azyaşlı əməliyyat olunub.

İki saat ərzində uşaq neyrocərrahları yeniyetmənin beynindən birinin diametri 3 santimetr, digərinin diametri 2 santimetr olan qurd kistaları çıxarılıb.

Xəstə xəstəxananın neyrocərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Məlumata görə, qızda hələ də ölçüləri artmayan və onu narahat etməyən, lakin müşahidə tələb edən kistalar var.

QAZİLER.AZ

Diaspora