2025-ci il üçün gözlənilən “iPhone 17 Pro Max” 48 meqapiksel təsvir ölçülü üç kameraya sahib olacaq.
Bu barədə “MacRumors” portalı nüfuzlu insayder və analitik Ming-Chi Kuoya istinadən məlumat yayıb.
Mənbəyə görə, “iPhone 17 Pro Max” 48MP periskop telefoto obyektivinə sahib olacaq və bu, onu hər üç kamerada 48MP sensorlara malik ilk “Apple” smartfonu edir. Bu görüntü imkanı “iPhone 14 Pro”da və 48 meqapiksellik ultra geniş bucaqlı modul isə “iPhone 16 Pro”da təqdim olunub.
Bu kameranın “iPhone 17 Pro Max” üçün eksklüziv olaraq qalacağı və “iPhone 18 Pro”da da təqdim oluna biləcəyi qeyd olunur.
QAZİLER.AZ