Cənubi Afrikada fillər turisti tapdalayaraq öldürüb

Cənubi Afrikada fillər turisti tapdalayaraq öldürüb backend

Cənubi Afrikadakı Pilanesberq Milli Parkında heyvanların şəklini çəkmək üçün avtomobilindən düşən ispan turist fil sürüsü tərəfindən tapdalanaraq öldürülüb.

Qaziler.az bildirir ki, bu barədə “The Independent” məlumat yayıb.

Yerli polisin məlumatına görə, 43 yaşlı səyahətçi ötən bazar günü üç nəfərlə safariyə çıxıb. Səyahət zamanı onlar fil sürüsündə bir neçə fil balasının olduğunu görüblər.

Yerli turizm idarəsinin sözçüsü Piter Nel jurnalistlərə deyib ki, sürünün lideri yanlarında kiçik fillər olduğu üçün "əşvişə düşüb və turistə hücum edib. Sürüdəki digər fillər də hücuma qoşulub.

Cənubi Afrikanın “The Citizen” nəşrinin məlumatına görə, turist əvvəlcə xəstəxanaya aparılıb, daha sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.

QAZİLER.AZ

Diaspora