Yazıçı, bioloq və kriptozooloq Ivan Sanderson 1972-ci ildə yazdığı "Şeytanın Yer kürəsindəki 12 məzarlığı" adlı məqaləsində insanların uzun müddət müəmmalı şəkildə yoxa çıxdığı 12 məkan ilə bağlı bilinməyən məlumatları paylaşıb. "Viralnova"un verdiyi məlumata görə, Sanderson dünyanın bir çox yerlərində "lənətə gəlmiş burulğanlar" adlandırılan həmin 12 coğrafi bölgə haqqında məlumat verərək bildirib ki, bu bölgələrdə insanlar müəyyən vaxtlarda gizli formada yoxa çıxıb və ya qeyri-adi hadisələr baş verib.
1. Mohenjo-daro - PakistanHal-hazırda Pakistanda, İndus çayı dərəsində yerləşən bu məkanda bizim eradan əvvəl 26-19-cu əsrdə inkişaf etmiş sivilizasiya olub. 700 il hökm sürən bu sivilizasiyanın adı Mohenjo-daro idi. Mohenjo-daro dövrünün ən qabaqcıl şəhərlərindən biri olub.
2. Bermud üçbucağı - Atlantik okean
Bu bölgə gizli bölgələr arasında ən çox adı hallanandır. Eyni zamanda "Şeytan üçbucağı" kimi də tanınan bu məkan faciəli yoxaçıxma hadisələri ilə məşhurlaşıb. "Şeytan üçbucağı"nda baş verənlərlə bağlı bu günə qədər xeyli açıqlamalar verilib.
3. Hamakulia vulkanı - Havay adaları
Havay adalarının cənub-şərqində yerləşir. Bu sualtı vulkanın ətrafında bu günə qədər xeyli sayda gəmi və təyyarələr yoxa çıxıb.
4. Əlcəzair meqalitləri (abidə daşları)
Bu xarabalıqlar Timbuktunun cənubunda yerləşir.
5. Şeytan dənizi - Sakit okean
Bəzilər tərəfindən "Əjdaha üçbucağı" kimi tanınan bölgədə 1952-54-cü illərdə Yaponiya ordusuna aid olan 5 hərbi gəmi yoxa çıxıb. Bundan sonra yoxa çıxan gəmilərlə bağlı araşdırma aparmaq üçün göndərilən və içərisində alimlərin də olduğu gəmi də yoxa çıxıb.
6. Şimal qütbü
Bu bölgədə yoxaçıxma hallarının baş verməsi təəccüblü deyil. Çünki Şimal qütbü dünyanın ən üst hissəsində yerləşən ən soyuq və qaranlıq bir bölgədir. Paranormal düşüncələrə görə, "Santa Klaus" və "Qar adamı" da burada yaşayır.
7. Zimbabve meqalitləri (abidə daşları)
Deyilənlərə görə, burada mövcud olan sivilizasiya o qədər inkişaf etmiş olub ki, XIX əsr avropalıları bu abidələrin afrikalılar tərəfindən inşa edilməsini qəbul edə bilmirdirlər. Onlar inanırdılar ki, bu abidələr avropalıların təsiri ilə inşa edilib.
8. Pasxa adası - Sakit okean
Sirli moai heykəllərinin evi olan Pasxa adası tarix boyu əsarətdən tutmuş, qarətlərə qədər hər növ fəlakət və hannibalizm ilə qarşı-qarşıya gəlib. Fərziyyəyə görə, bu heykəlləri adaya yadplanetlilər qoyub.
9. Cənubi Atlantika anomaliyası
Cənubi Atlantika anomaliyası ilə bağlı ən qəribə özəllik bu yerin planetimizin nüvəsindən ayrılan radiasiyanın yer səthinə ən çox yaxınlaşdığı məkan olmasıdır. Bunu "Hubble" kosmik teleskopu və Beynəlxalq Kosmik Stansiyanın apardığı müşahidələr nəticəsində yəqin etmək mümkün olub.
10. Yeni Hebrid çuxuru - Sakit okean
Bu çuxur okeanın ən dərin nöqtələrindən biridir. Buranın hələ də bəlli olmayan qədim sirrlərlə və canlılarla dolu olduğu düşünülür.
11. "Wharton" hövzəsi - Hind okeanı
Malayziya Hava Yollarına məxsus, 370 nömrəli relslə havaya qalxan "Boeing 777-200ER" məhz bu bölgədə, 2014-cü ilin martında yoxa çıxıb. Təyyarənin qara qutusundan siqnallar aprel ayına kimi bu bölgədən gəlib.
12. Cənub qütbü
Şimal qütbü kimi bura da olduqca soyuq və qaranlıqdır. Bu günə kimi bir çox yoxaçıxma hadisələrinə "şahidlik" edib.