Kinoloq itlərin havanı proqnozu vermək qabiliyyətindən danışıb

Kinoloq itlərin havanı proqnozu vermək qabiliyyətindən danışıb backend

Rusiya Köpək Federasiyasının prezidenti Vladimir Qolubyev itlərin xəstəliyi, əhval-ruhiyyəni və havanı proqnozlaşdırmaq qabiliyyətindən danışıb.

Qaziler.az bildirir ki, iyulun 2-də "Radio 1" ilə söhbətində mütəxəssis qeyd edib ki, itlər insan davranışlarını, jest və mimikalarını oxuya bilir və stresin öhdəsindən gəlməyə kömək edir.

Qolubyevin sözlərinə görə, artıq sübut olunub ki, itlə təmas insana narahatlıq, qəzəb və mənfi emosiyalardan qurtulmağa kömək edir. Həmçinin, ev heyvanı ilə təmas əsəblərin sakitliyinə səbəb olur, həyəcanı azaldır. İtlə gündəlik gəzintilər və oyunlar sayəsində bir insanın problemlərdən uzaqlaşmasına kömək edir. 

Bundan əlavə, it atmosfer təzyiqindəki dəyişiklikləri hiss etdiyinə  görə havadakı dəyişiklikləri proqnozlaşdıra bilər.

“Məsələn, ev heyvanı fırtınadan əvvəl baş verən statik elektrik sahəsindəki dəyişikliyi hiss edə bilər. Bunu onun davranışından anlamaq olar: it qorxur, gizlənmək istəyir, qulaqlarını sıxır”, - Qolubyev bildirib.

Bundan əlavə, it  insana reabilitasiyada kömək edə bilər. Qərb həkimləri hələ 1960-cı illərin sonlarında təsdiq ediblər ki, itlə təmas əqli, fiziki və emosional funksiyaların inkişafına kömək edir.

Həmçinin, xüsusi təlim keçmiş itlər qoxu duyğularından istifadə edərək diabetli insanlara qan şəkəri səviyyəsinin azaldığını və ya yüksəldiyini anlamağa kömək edir. Bəzi ev heyvanları şəkər səviyyəsi təhlükəli zonada olan sahibinə dərman da gətirə bilər.

QAZİLER.AZ

Diaspora