Azərbaycanlı astroloqdan yay üçün SEVİNDİRİCİ PROQNOZ 

Azərbaycanlı astroloqdan yay üçün SEVİNDİRİCİ PROQNOZ  backend

Bu yay başından aşağı bolluq, bərəkət, pul, zənginlik axacaq bürclər açıqlanıb. 

QAZÌLER.AZ  Lent.az-a istinaden verdiyi  xəbərinə görə, bu barədə məşhur azərbaycanlı astroloq Rəşad Hacıyev açıqlama verib. 

Onun sözlərinə görə, bu siyahıda olan bürclərin 2024-cü ilin yayında şans üzlərinə güləcək. Bu yay həm pul, həm də həyatlarındakı istəklərdən yana şans onlarla olacaq. 

Astroloq yay aylarında şansı gətirəcək 5 bürcü təqdim edib:

1. Bu yayın ən şanslı, ən dəstəkləyicisi, ən pullu bürcü Əkizlərdir. Əkizlər bürcü, bu yay həyat sizin üzünüzə gülür. Pulunuz, maddi durumunuz, bərəkətiniz maksimumda olacaq. İstəkləriniz, xəyallarınız, arzularınız gerçəkləşəcək. Uzun bir period siz xoşbəxt olacaqsınız. 

2. Tərəzi bürcləri, bu yay sizindir. Kef edin, əylənin. Həyatınızdakı bolluğun, bərəkətin, zənginliyin dadını çıxarın. Tam sizin zamanınızdır. 

3. Dolçalar, bu yay sizin vaxtınızdır. Nəyinki, bu yay, hətta daha uzun müddət şans, bolluq, bərəkət sizinlə olacaq. Mükəmməl bir şəkildə kainatdan dəstəklənəcəksiniz. 

4. Qoçlar da eyni digər bürclər kimi şanslı olacaqlar. Bir az həyatınızda çətin dəyişimlər keçə bilər, normaldır. Buna baxmayaraq, şans sizdən yanadır. Pul, bolluq, bərəkət sizi tapacaq. 

5. Şir bürcünün bu yay şans üzünə güləcək. Həyatında çox gözəl yeni dəyişimlər olacaq. Qoçlardan fərqli olaraq şirlər daha rahat dəyişimlər yaşayacaq. Şir bürcləri bu yay sizin üçün olduqca gözəldir

Diaspora