Çendu şəhərində (Çinin Sıçuan əyaləti) nəhəng pandaların yetişdirilməsi üzrə tədqiqat bazası heyvanlarla pis rəftar edən 12 turistə ömürlük qadağa qoyub.
Qaziler.az bildirir ki, bu barədə CNN qurumun rəsmi açıqlamasına istinadən yazır.
O qeyd edib ki, 26-61 yaş arasında olan 12 nəfər “pandaların oyun sahəsinə bambuk tumurcuqları, lolipop çubuqları, siqaret, yumurta və ya çörək atıb tüpürdükləri” üçün mərkəzdən ömürlük qadağa alıblar. Pandaların bu insanların hərəkətlərindən zərər görmədiyi bildirilib.
Araşdırma bazası öz bəyanatında nəinki qanunu pozanların adlarını, hətta milliyyətlərini belə açıqlamayıb.
QAZİLER.AZ