Malyariya səbəbiylə nadir quşları nəsli kəsilməkdən xilas etmək üçün Havayda milyonlarla ağcaqanad helikopterlərdən havaya buraxılıb.
“The Guardian” yazır ki, arxipelaqın endemik bal quşları - Havay çiçək quşları ilk dəfə 1800-cü illərdə Avropa və Amerika gəmilərində gətirilən ağcaqanadların daşıdığı malyariyadan ölüblər. Havay quşları quş malyariyasına qarşı təkamül keçirmədikləri üçün onların buna qarşı immuniteti çox azdır.
“Otuz üç növ Havay çiçəklərinin nəsli kəsilib, qalan 17-sindən çoxunun isə nəsli kəsilmək təhlükəsi var və tədbir görülməsə, bəzilərinin bir il ərzində yox ola biləcəyi ilə bağlı qorxular var”, - nəşr yazıb.
Milli Park Xidmətinin məlumatına görə, bal quşlarının növlərindən biri - kauakikinin populyasiyası 2018-ci ildə mövcud olan 450 fərddən 2023-cü ilə kimi beşə qədər azalıb və Kaua adasının təbiətində yalnız bir quş qalıb.
QAZİLER.AZ