Edinburqda pop ulduzu Teylor Sviftin iyunun 7-dən 9-dək baş tutan üç konsertində kiçik zəlzələlər qeydə alınıb.
Qaziler.az bildirir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd edilir ki, seysmik aktivlik konsertin keçirildiyi yerdən 6 km aralıda hiss olunub. Yeraltı təkanlar sənətçinin “Ready for it?” mahnısının ifası zamanı zirvəyə çatıb. Ulduzun pərəstişkarları təxminən 80 kVt enerji istehsal ediblər ki, bu da 6 min avtomobil akkumulyatoru ilə müqayisə edilə bilər.
Nəşr vurğulayır ki, zəlzələyə pərəstişkarların ayaqlarını yerə vuraraq alqışlaması səbəb olub.
Qeyd edilib ki, eyni hal 2023-cü ilin iyununda Sviftin Sieltdəki konsertində də yaşanıb.
QAZİLER.AZ