Çin zooparkının əməkdaşları artıq çəkili bəbiri artıqlatmaq üçün pəhrizə salmağa çalışırlar.
Qaziler.az xəbər verir ki, bu haqda məlumat “Oddity Central” nəşridə qeyd olunub.
Sıçuan əyalətindəki zooparkda saxlanılan bəbir sosial şəbəkələrdə fotoları yayıldıqdan sonra məşhur olub. Düzdür, heyvanın populyarlığı şöhrətə çevrilsə də, zooparkın işçiləri tənqid edilib. İnsanlar ona lazımi qayğı göstərə bilmədiklərindən zoopark işçilərini günahlandırıblar.
Nəticədə işçilər vəziyyəti düzəldəcəklərini və yırtıcı heyvanı pəhrizlə bəsləyəcəklərinə söz veriblər. Düzdür, bu günə qədər buna müvəffəq olmayıblar, çünki heyvan xüsusi yemək yeməkdən və fiziki fəaliyyətlə məşğul olmaqdan imtina edir. Bununla belə, 16 yaşı olan bəbir mütəmadi olaraq baytar müayinəsindən keçir və onun piylənmədən başqa heç bir sağlamlıq problemi olmadığı qeyd edilib.
QAZİLER.AZ