Məşhur “Sen çal kapımı” serialında Serkan Bolat obrazı ilə tanınan türkiyəli aktyor Kerem Bürsin Rusiyanın hit filmi “Köle”nin remeykində çəkilişlərə hazırlaşır.
Qaziler.az bildirir ki, bu barədə “TheGirl” portalı məlumat yayıb. Bildirilib ki, filmin “Zəngin adamın oğlu” adlanacağı qeyd olunur.
Çəkiliş prosesinə Bürsinlə yanaşı, Erkan Kolçak Kestendil, Ahmet Mümtaz Taylan, Cemal Hunal və Güven Kıraç da qatılıb. Filmin rejissoru daha əvvəl “Leyla və Məcnun” layihəsində çalışmış Onur Yunlu olacaq. Qeyd olunur ki, əsas qadın rolunun aktrisası hələ müəyyən edilməyib.
Bildirilir ki, sözügedən filmin çəkilişləri iyunun sonunda başlamalıdır. Çəkilişlərin “Muhteşem Yüzyıl” və “Diriliş Ertuğrul” seriallarının çəkildiyi məkanlarda baş tutacağı qeyd olunub. Filmin çəkilişlərini Türkiyənin "Kunay Film" kino şirkəti və Rusiyanın "Yellow, Black and White" şirkəti üzərinə götürəcək.
QAZİLER.AZ