II Elizabetin bənzəri Cannet Çarlz kraliçanın yaşında vəfat edib - FOTO

II Elizabetin bənzəri Cannet Çarlz kraliçanın yaşında vəfat edib - FOTO backend

Xarici görünüşünə görə kraliça II Yeliavetaya bənzəyən, bir çox filmlərdə çəkilən evdar xanım Cannet Çarlz Britaniya monarxının yaşında vəfat edib.

Qaziler.az “Mirror”a istinadla xəbər verir ki, 96 yaşlı qadın Esseks qraflığının Qreyt-Baddou şəhərindəki özəl qocalar evində ailəsi və dostlarının əhatəsində dünyasını dəyişib.

"Anam təbiətin əsl xarakteri və qüvvəsi idi. Onun heyrətamiz bir həyatı var idi. O, həmişə kraliçaya hörmət edirdi və kral ailəsinə pərəstiş edirdi. Biz onun üçün çox darıxacağıq”, deyə qızı Çarlz Kerol bildirib.

Məlumatda qeyd olunub ki, Cennet Çarlz 1927-ci il oktyabrın 15-də İngiltərənin Bedfordşir qraflığında anadan olub. Aktrisa uşaqlığını və gəncliyini sadə keçirib. Əri Kennet hər zaman ailəni təmin edib, Cennet isə hörmətli evdar qadın olub. Tez-tez onun II Elizabetə oxşadığı barədə danışılıb, buna görə də onun bu bənzərliyi rejissorların diqqətindən yayınmayıb.  

Çarlz Mayk Mayers və bir çox başqaları ilə birlikdə "Avropa tətili", “Cinayət yeri”, "Ostin Pauers: Qoldmember" filmlərində kraliça kimi görünüb. Qadın 2014-cü ildə səhhətində yaranan problemlərə görə filmlərə çəkilməyi dayandırıb.

QAZİLER.AZ

Diaspora