Moskva sakini məhkumluq sayına görə rekord vurub və ona 17-ci dəfə hökm oxunub.
Qaziler.az “MK.RU”ya istinadla bildirir ki, daha əvvəllər də təkrar cinayət törədən şəxs oğurluğa görə yenidən məsuliyyətə cəlb edilib. Lakin bu dəfə ona qarşı irəli sürülən ittiham daha ağırdır: o, ehtiyatsızlıqdan adam öldürməkdə və əmlakı məhv etməkdə təqsirli bilinib.
Bildirilir ki, qadın barəsində hökm sonuncu dəfə ötən ilin sentyabrın 14-də oxunub. Həmin gün o, əri ilə spirtli içki qəbul edib, qadın təsadüfən yanar mayeni töküb və yanğına səbəb olub. Cütlük yaşayış sahəsini tərk etməyi bacarıb. Dağıntıların təmizlənməsində iştirak edən xilasedicilər qonşu mənzildə 88 yaşlı təqaüdçünün cəsədini aşkar ediblər - o, müstəqil hərəkət edə bilmədiyi üçün yanğın zamanı boğulub. Nəşr qadının iki il müddətinə azadlıqdan məhrum edilməsinə aydınlıq gətirib.
QAZİLER.AZ