3000 dollara satılan siqar kötüyü

3000 dollara satılan siqar kötüyü backend

Sabiq Britaniya baş naziri Uinston Çörçilin xəstəxanada çəkərək ucu çeynənilmiş siqar kötüyü 3 min dollara satılıb. Bu barədə Britaniya mətbuatı yazıb. Siqarı 1962-ci ildə omba sümüyünün sınmasından sonra Uinston Çörçilin müalicə olunduğu Middlesex Hospitalının tibb bacısı öz qardaşı üçün saxlayıb. 87 yaşlı Çörçil xəstəxanaya Monte- Karloda yıxıldıqdan sonra yerləşdirilib. Tibb bacısı kül qabındakı siqar kötüyünü üstünə “istifadə olunmuş tibbi sarğı” yazılmış bir paketin içinə qoyduqdan sonra ona əl dəyən olmayıb. Hərraca çıxarılmış siqarın 1000 funt-sterlinqə (1620 AZN) satılacağı gözlənilirdi. Lakin satışlar vaxtı qiymət iki dəfə artaraq 2000 funta (3240 AZN) çatıb. Siqarı satışlara telefonla qatılan hərrac iştirakçısı alıb. Onun adı açıqlanmır.

Uinston Leonard Spenser Çörçil 1874-cü ilin noyabrın 30-da Malboro hersoqunun oğlu Randolf Çörçilin ailəsində doğulub. 7 yaşında imtiyazlı məktəbə göndərilən Uinstonun ilk gündən oxumaq həvəsi olmayıb. Üstəlik o, məktəbin qaydalarına əməl etməyi ləyaqətinə sığışdırmayıb. Hətta o dövr məktəblərdə tətbiq edilən çubuqla döyülmə də onu ram edə bilməyib. Kollecə daxil olanda isə o, imtahan üçün nəzərdə tutulan iki saatda bir neçə işarə yazmaqla kifayətlənib.
Diaspora