Yeni Zelandiyada nəsli kəsilmiş huya quşunun lələyi hərracda 46 500 Yeni Zelandiya dollarına (28 400 ABŞ dolları) satılıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu, indiyə qədər hərracda satılan ən bahalı lələk oldu.
Nadir Huya lələkləri yüksək qiymətləndirilir. Yaxşı qorunan nüsxənin 3 min Yeni Zelandiya dollarına (1,8 min dollar) satılacağı gözlənilirdi, lakin lotun son qiyməti 46,521 Yeni Zelandiya dolları (28,365 dollar) olub.
Huyaların sonuncu dəfə 1907-ci ildə görüldüyünə baxmayaraq, onların 1920-ci illərdə sağ olduqları güman edilir.
"Avropalılar Yeni Zelandiyaya gələndə bu quşlar onsuz da nadir idi, lakin onların lələklərinə sonradan avropalıların valeh olması quşun nəslinin kəsilməsinə səbəb oldu", The Guardian xatırladır.
QAZİLER.AZ