Rusiya Baş nazirinin birinci müavini Denis Manturov dünyanın ən güclü nüvə buzqıran gəmisi olan "Rossiya"nın inşası planlarını açıqlayıb. Gücü 120 meqavat olacaq gəminin tikintisinin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır.
Qaziler.az bu barədə “Ferra.ru”ya istinadla xəbər verir.
“Hazırda “Baltik” gəmiqayırma zavodunda 60 meqavat gücündə bir sıra nüvə buzqıran gəmilərinin tikintisi davam etdirilir. Onlardan üçü artıq Şimal Buzlu Okeanında fəaliyyət göstərir və “Yakutiya” bu ilin sonunda istifadəyə verilməlidir”, -Denis Manturov qeyd edib.
“Rossiya” 120 meqavat gücündə dünyanın ilk nüvə buzqıran gəmisi olacaq. İlin istənilən vaxtında Şimal dəniz marşrutu üzrə naviqasiyanı təmin etmək lazım gələcək. Layihəyə iki oxşar buzqıran gəminin tikintisi də daxildir. Gəmi qalınlığı 4 metrə qədər olan buzu aşa biləcək.
QAZİLER.AZ