Tom Kruzun qızı atasının soyadından imtina edib

Tom Kruzun qızı atasının soyadından imtina edib backend

Hollivud aktyorları Tom Kruz və Keti Holmsun qızı, yetkinlik yaşına çatdıqdan sonra atasının soyadından imtina edib. Beləliklə, o, məşhur valideyni ilə əlaqələrini kəsib.

Qaziler.az bildirir ki, bu barədə “Marie Claire” yazır. Nəşrin məlumatına görə, gənc qız teatrda oynayır və afişada adı Suri Noel kimi təqdim olunur.

Jurnalistlərin izahına görə, Noel anasının ikinci adıdır. Məqalədə deyilir ki, bu yolla qız uzun illər görmədiyi atası ilə ailə münasibəti qurmaq niyyətində olmadığını göstərmək istəyib.

Bundan əvvəl “Daily Mail” yazırdı ki, aprel ayında Tom Kruzun qızı Suri yetkinlik yaşına çatdıqdan sonra dünyaca tanınmış valideynini görməkdən imtina edib. İnsayderlərin dediyinə görə, gənc qız 18 yaşını qeyd edib və valideyni ilə əlaqəni bərpa etməmək arzusunda olduğunu bildirib. Bundan sonra heç nəyə görə ona arxalanmaq istəmir. Bundan əlavə, portal qeyd edir ki, Surinin yetkinlik yaşına çatması Tom Kruzu illik 400 min dollar aliment ödəmək öhdəliyindən avtomatik azad edib.

Qeyd edək ki, Tom Kruz və Keti Holms dörd il birlikdə yaşayıb və 2012-ci ildə boşanıblar. Bundan sonra aktrisa uşağa qəyyumluq hüququ, Kruz isə qızı görmək hüququ qazanıb.

QAZİLER.AZ

Diaspora