Bir çox ekspert və səyahətçinin “Balaca Paris” adlandırdığı Rumıniyanın paytaxtı Buxarest 2024-cü ilin yayında büdcəli şəhər tətili - şəhər daxilində bir neçə günlük tətil üçün Avropanın ən yaxşı şəhəri kimi tanınıb.
Britaniyanın “Daily Express” nəşri “Flight Hacks” şirkətinin son araşdırmasına istinadən yazır ki, Buxarestdə mehmanxana və restoranlarda yemək üçün qiymətlər ən yaxşı səviyyədədir.
Eyni zamanda, şəhərin turistlərə əyləncə baxımından təklif edəcəyi çox şey var - Avropanın ən yaxşı termal hovuzları və spalarından tutmuş çox rəqabətli, dəbdəbəli orijinal arxitektura...
Bundan əlavə, Rumıniya bu il Şengenə qismən qoşulduğundan, turistlərin oraya getməsi indi daha asandır.
Nəşr 2024-cü ilin yayında tətil etmək istəyənlər üçün Avropanın ən ucuz 10 şəhərini təqdim edib:
1. Buxarest, Rumıniya
2. Krakov, Polşa
3. Sevilya, İspaniya
4. Praqa, Çexiya
5. Varşava, Polşa
6. İstanbul, Türkiyə
7. Riqa, Latviya
8. Frankfurt am Main, Almaniya
9. Porto, Portuqaliya
10. Valensiya, İspaniya
QAZİLER.AZ