Ötən gün İtaliyanın İs Benas çimərlik kurortu “çılpaq” toyların başladığını elan etdi. İndi nudist turistlər üçün daha bir cazibədar təklif ortaya çıxıb.
Qaziler.az bildirir ki, CNN-in məlumatına görə, “Bare Necessities” turizm şirkəti “Norwegian Cruise Line” ilə birlikdə 2025-ci ildə çılpaq vəziyyətdə dincəlməyə üstünlük verənlər üçün xüsusi 11 günlük kruiz təşkil etməyi planlaşdırır.
295 metrlik "Norwegian Pearl"ın fevralın 3-də Mayamidən Karib hövzəsinə yola düşəcəyi və fevralın 14-də geri dönəcəyi gözlənilir. Yol boyu “Böyük Çılpaq Qayıq” Baham adaları, Puerto-Riko və Sent-Marten kimi istiqamətlərə səfər edəcək.
“Bare Necessitie” daha əvvəl 75-dən çox çılpaq gəzintiyə ev sahibliyi edib.
Kabin qiymətləri (iki nəfərlik) təxminən 2000 dollardan başlayır və üç yataqlı villa üçün 33155 dollara qədər qalxır. “Norwegian Pearl” 2300 nəfər sərnişin tutumuna malikdir.
QAZİLER.AZ