Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?

Son illər dünyada təbii fəlakətlər niyə ARTIB? backend

Əvvəllər çox gec şahidi olduğumuz halda son illər təbii fəlakətlər dünyanı öz ağuşuna alıb. Sel basmaları, zəlzələlər, meşə yanğınları və s.

Bəs təbii fəlakətlərin sıx intervalda baş verməsi təsadüfdür, yoxsa planetimizdə yolunda getməyən nələrsə var?

QAZÍLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, ekoloq Telman Zeynalov mövzu ile bağlı danışıb. O, məsələni belə izah edib:

“İllərin növbələnməsindən asılı olaraq bu proses baş verir. Günəşin 11 illik tsikli buna səbəb ola bilər. Yaxud planetimizdə gedən digər proseslər təbii fəlakətlərin aktivləşməsinə səbəb olur. İndi baş verən hadisələr hər zaman müşahidə edilib. Sadəcə informasiya axını çoxalıb deyə insanlar təşvişə düşür. Planetimizdə baş verən kataklizmalar təkcə yerdaxili proseslərlə bağlı deyil. Yerdən kənar proseslər də bu cür təbii fəlakətlərə təkan verir. Ayın özünün də təsiri az deyil”.

Diaspora