Ən böyük "Bluetooth" kalonka təqdim edilib

Ən böyük "Bluetooth" kalonka təqdim edilib backend

İkonik audio brendi “Bose” şirkətin ən böyük və ən güclü “Bluetooth” dinamiki olan “SoundLink Max” adlı yeni simsiz kalonkasını təqdim edib.

Qaziler.az xəbər verir ki, bu barədə “GizmoChina” məlumat yayıb.

“SoundLink Max”ın eni 26 sm, çəkisi isə 2,27 kq-dır. Ölçüsünə baxmayaraq, kalonka möhkəm dizayna malikdir və IP67 standartlarına görə toza və suya davamlıdır. Kalonka həmçinin ən son “Bluetooth 5.3” standartını dəstəkləyir.

Yeni məhsul smartfon və digər kiçik qadcetlər üçün güc bankı kimi də istifadə edilə bilər. Qoşulma baxımından “SoundLink Max” həm USB-C portuna, həm də AUX audio yuvasına malikdir.

“Bose” qeyd edib ki, “SoundLink Max” geniş stereo səs və təsirli bas təmin edir. Yeni məhsul mavi və qara rənglərdə mövcuddur. Kalonka mayın 16-da 399 dollar qiymətinə satışa çıxarılması planlaşdırılır.

QAZİLER.AZ

Diaspora