Amerikalılar yeni “iPhone” almaqdan imtina edirlər

Amerikalılar yeni “iPhone” almaqdan imtina edirlər backend

2024-cü ilin birinci rübündə ABŞ-da aktivləşdirilmiş smartfonların yalnız 33%-i “iPhone”lar olub ki, bu da “Apple”ın 2017-ci ildən bəri ən pis göstəricisidir.

Qaziler.az bildirir ki, bu barədə “Consumer Intelligence Research Partners” (CIRP) şirkətinin son araşdırmasına istinadən “9to5Mac” nəşri məlumat yayıb.

Son bir il ərzində ABŞ-da “iPhone”un yeni aktivləşdirilmiş cihazlarının payı 7% azalıb. İndi bu həcmin 2/3 hissəsi Android əməliyyat sistemi ilə işləyən smartfonların payına düşür.

CIRP hesab edir ki, Apple iki səbəbə görə göstəricinin pisləşməsi ilə üzləşib. Birincisi, “iPhone”un keyfiyyətinin ümumi yaxşılaşdırılmasıdır ki, bu da cihazların ömrünü artırıb. İkincisi, innovasiyaların sürətinin azalması və ümumilikdə onların əhəmiyyətinin azalmasıdır. Yəni, amerikalıları “Apple” smartfonlarını almağa sövq edən yeni funksiyalar “iPhone”da getdikcə azalır.

QAZİLER.AZ

Diaspora