“Ölümü yaxınlaşan insanlarda ani bir güc artımı ola bilər".
Qaziler.az bildirir ki, bunu britaniyalı hospis tibb bacısı Culie Makfadden “YouTube” videosunda deyib. Onun sözlərinə görə, ölən insanlar tez-tez izahı mümkün olmayan hadisələrlə qarşılaşırlar.
Makfadden izah edib ki, bu, birdən-birə çox xəstə görünən birinin qəflətən enerji toplaması və yaxşılaşmış kimi göründüyü zaman baş verir.
İkinci fenomen, ölüm vaxtını seçməkdir. Makfaddenin sözlərinə görə, bəzən insanlar ölüm vaxtının gəldiyini hiss etdiklərini deyiblər.
Başqa bir fenomen, ölümə çatmaqdır. Söhbət elə bir vəziyyətdən gedir ki, çarpayıda yatan adam kimisə görür kimi əlini yuxarı qaldırır və ya ona tərəf uzanır.
Tibb bacısı dördüncü fenomeni "ölüm baxışı" adlandırılır. Bu hal xəstələrin xüsusi bir nöqtəyə diqqətlə baxması ilə xarakterizə olunur. Tibb bacısı əminliklə qeyd edib ki, hətta diqqəti yayındıran manevr belə xəstəni bu vəziyyətdən çıxarmır.
Sonuncu fenomen "ölümün ortaq təcrübəsi"dir. Söhbət elə bir vəziyyətdən gedir ki, bu zaman kimsə ölmür, amma dünyasını dəyişəcək insanın başına gələnləri hiss edir, görür, yaxud başa düşür.
QAZİLER.AZ