Sınıq skamya üstündə dalaşan nənələr videoya düşdü - VİDEO

Sınıq skamya üstündə dalaşan nənələr videoya düşdü - VİDEO backend

Rusiyanın Nijni Novqorod şəhərində təqaüdçü qadın onun haqqında dedi-qodu yayan qonşusunu döyüb.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, dava giriş qapısının domofonuna quraşdırılmış müşahidə kamerasına düşüb.

Hücum edənin dediyinə görə, qonşu qadın ərtafda yaşayan insanlar arasında evin həyətindəki skamyaya ziyan vurması barədə söz-söhbət yayıb.

“Niyə deyirsən ki, skamyanı mən sındırmışam? – qadın qonşusuna müraciət edib.

Təqaüdçü qadını divara sıxaraq 4 dəfə soruşub ki, mağazaya dəyən ziyanda onun əli olduğunu kim deyib. Zərərçəkmiş dayanmağı tələb etsə də, sonda ona üç yumruq zərbəsi endirib. Qadın da zərbədən asfalta yıxılıb. Daha sonra çölə çıxan qonşu qadın ona ayağa qalxmağa kömək edib və təcili yardıma aparılıb. Məlumata görə, qadına kəllə-beyin travması diaqnozu qoyulub.

QAZİLER.AZ

Diaspora