"iPhone 16"lara quraşdırılacaq yeniliklə bağlı şayiələr yayıldı

"iPhone 16"lara quraşdırılacaq yeniliklə bağlı şayiələr yayıldı backend

Yeni “iPhone 16” seriyalı smartfonlarda telefonu yandıran və səs səviyyəsini artırıb-azaldan düymə olacaq.

Qaziler.az bildirir ki, bu barədə “WCCFTech” portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, “iPhone 16”da düymələrin tətbiqi üçün smartfona iki xüsusi SiP (paketdə sistem) çipi lazımdır. Onların istehsalı ASE-yə həvalə edilib. Buna nail olmaq üçün SiP istehsalçısı öz istehsalını genişləndirib və üçüncü rübdə tədarüklərə hazırlaşır.

Şayiələrə görə, ilkin olaraq “iPhone 15 Pro” və “15 Pro Max” flaqman modellərində toxunma düymələrinin quraşdırılması planlaşdırılırdı, lakin naməlum texniki problemlər səbəbindən sonradan yenilikdən imtina edilib.

Lakin bu məlumat hələ nüfuzlu insayderlər tərəfindən təsdiqlənməyib, ona görə də sızma təsdiqlənməyə bilər.

QAZİLER.AZ

Diaspora