Bred Pitt ayrılmazdan əvvəl Ancelina Colini döyübmüş

Bred Pitt ayrılmazdan əvvəl Ancelina Colini döyübmüş backend

Aktrisa Ancelina Colinin vəkilləri aktyor Bred Pitin 2016-cı ildə ayrılmazdan xeyli əvvəl onu döydüyünü iddia ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə “Page Six” məhkəmə sənədlərinə istinadən xəbər verir.

Aktrisanı müdafiə edən hüquqşunaslar bildiriblər ki, Pitt Colinin ortaq şərabçılıq zavodunda “Chateau Miraval French”də payını satmasına icazə verməkdən imtina edib.

“Pitt ailəsi 2016-cı ilin sentyabrında Fransadan Los-Ancelesə getməzdən çox əvvəl Coliyə fiziki təzyiq göstərib. Ancaq bu uçuşda ilk dəfə uşaqlara qarşı da fiziki zorakılıq tətbiq edib. Və Coli dərhal onu tərk etdi”, – vəkillər yazıb.

Colinin müdafiəçilərinin dediyinə görə, 60 yaşlı Pitt indi 48 yaşlı həyat yoldaşına onun bu davranışı barədə məlumatı gizlətməyi təklif edib.

Qeyd edək ki, Bred Pitt məhkəmədə Ancelina Coli ilə birgə olan uşaqlarının qəyyumluğundan imtina etdi. İndi aktrisa uşaqların tam qəyyumluğunu özündə saxlayacaq və Pitt yalnız ziyarət hüququna sahib olacaq.

QAZİLER.AZ

Diaspora