Hitlerin qadağan edilmiş əsəri çap ediləcək -70 ildən sonra

Hitlerin qadağan edilmiş əsəri çap ediləcək -70 ildən sonra backend

Münhendəki müasir tarixi Araşdırmalar İnstitutu 2016-cı ildə üçüncü reyx Adolf Hitlerin “Mein Kampf” (“Mənim mübarizəm”) əsərini 70 ildən sonra yenidən çap etməyi qərara alıb. Qazilər.az saytı The Local –a istinadən bildirir ki, bu, kitabın İkinci Dünya Müharibəsindən sonra ilk nəşridir.

Yeni nəşr iki min səhifəlik iki külliyyatdan ibarət olacaq.

“ Bu kitabın nəticəsi onu təbliğ etmək deyil, nasizmi mühakimə etməkdir” - deyə müasir tarix institutunun direktoru Andreas Virşinq bildirib.

Bavariya hakimiyyəti “Mein Kampf ”a müəlliflik hüququna malikdir. Onun vaxtı 2015 – ci ildə bitəcək. Kitabın müəllifinin ölümündən 70 il keçir və 2016 – cı ildən istənilən nəşriyyat bu kitabı çap edə bilər.

Xatırladaq ki, Hitler “Mənim mübarizəm”i həbsxanada olarkən yazıb. O, burada nasional- sosializm ideyasını qoyub. Bir çox ölkələrdə bu əsər ekstremist əsərlər siyahısına salınaraq çapı qadağan edilib.
Diaspora