Hətta şair Aleksandr Sergeyeviç Puşkin də başqalarının uğurlu hekayələrini götürməkdən özünü saxlaya bilməyib. Əgər “Çar Saltanın nağılı”nı özü yazıbsa, Qrimm qardaşlarından “Balıqçı və balıq nağılı”nı götürüb.
Qaziler.az Rusiya mətbuatına istinadən bununla bağlı maraqlı faktı təqdim edir.
Demək olmaz ki, dahi şair onu sadəcə olaraq tərcümə edib və özününkü kimi təqdim edib. Yox.
Rus şairi personajların üzərində işləyib və hətta əsl hekayədə daha da acgöz olan yaşlı qadını humanistləşdirib.
Qrimmin versiyasında narahat olan balıqçının arvadı dəniz hökmdarı olmaq istəmirdi, o, Papanın yerinə tamah salır, sonra isə tamamilə ilahi varlığa çevrilməyi arzulayırdı. Bir kambala bədənində qalan sehrlənmiş şahzadə bu cür həyasızlığa dözə bilməyib və onu cəzalandırmaq qərarına gəlib.
Nağılın hər iki versiyasının nəticəsi eyni idi: azğınlaşmış qarı göydən yerə endirilir - bütün alçaldılmalara baxmayaraq, narahat arvadını gözləyən balıqçıya və köhnə daxmasına dönməli olur.
QAZİLER.AZ