Amerikada “Matrisa 5” filmi çəkiləcək

Amerikada “Matrisa 5” filmi çəkiləcək backend

“Warner Bros” film şirkəti “Matrix”in 5-ci hissəsini hazırlayır.

Bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

Qeyd edilib ki, filmin rejissoru və ssenari müəllifi “World War Z”, “The Martian” və “No Good at the El Royale” filmlərinin rejissoru Dryu Qoddard olacaq.

Franşizanın yaradıcılarından biri və ilk üç filmin rejissoru Lana Vaçovski filmin baş prodüseri kimi fəaliyyət göstərəcək. İkinci yaradıcı Lilli Vaçovski layihədə iştirak etməyəcək.

Aparıcı aktyor Neo - Kianu Rivzinin beşinci filmin çəkilişlərində iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

QAZİLER.AZ

Diaspora