“Apple” “iPhone” və “iPad”in köhnəldiyini etiraf etdi

“Apple” “iPhone” və “iPad”in köhnəldiyini etiraf etdi backend

“Apple” bəzi köhnə “iPhone” və “iPad” modellərini daxil etmək üçün köhnə cihazlarının rəsmi siyahısını yeniləyib.

Bu barədə "MacRumors" məlumat yayıb.

Xüsusilə, “Apple” “iPhone 6 Plus”u köhnəlmiş kimi tanıyıb. Bu o deməkdir ki, “Apple” mağazaları və “Apple” Səlahiyyətli Xidmət Provayderləri artıq cihazınız üçün təmir və ya digər xidmətlər təklif etməyəcək. Apple məhsulun satışının dayandırılmasından 7 il sonra onu köhnəlmiş hesab edir.

“Apple” “iPhone 6” və “iPhone 6 Plus”u 2014-cü ilin sentyabrında buraxıb. Qurğuların əsas xüsusiyyətləri əvvəlki modellərə nisbətən daha böyük ekranlar, həmçinin “Apple Pay” dəstəyidir. Apple 2016-cı ilin sentyabrında “iPhone 6 Plus”un istehsalını dayandırıb. Lakin “iPhone 6” bir neçə il bəzi ölkələrdə satıcılar vasitəsilə əlçatan olub, ona görə də o, hələ "köhnəlmiş" hesab edilmir.

QAZİLER.AZ

Diaspora