Azərbaycan ayranı Almaniyada - FOTO

Azərbaycan ayranı Almaniyada - FOTO backend

Məşhur pivə markası "Miller"in istehsal etdiyi "Ayran" adlı soyuq içkini Almaniyadakı marketlərdə də görmək mümkündür.

Qaziler.az bildirir ki, bu barədə Almaniyanın Düsseldorf şəhərində yaşayan ağdamlı soydaşımız bildirib.

"Ayranı Almaniyada marketdə görəndə sevindim. Sanki vətənin kiçik bir hissəsini görmüş kimi oldum". 

Almaniyada "Ayran"ın qiyməti 1 avrodur (2 Azərbaycan manatı).

Qeyd edək ki, dünyaca məşhur "Miller" ən qədim pivə brendlərindən biridir. Bu baxımdan onun ayran istehsalı maraq doğurur.

Ayranın yaranma tarixi çox maraqlıdır. Belə ki, Göytürklər zamanında turşumuş qatığın turşuluğunu azaltmaq məqsədilə ona su qatmışlar. Və belecə yeni içki növü, yəni ayran meydana çıxmışdır.

QAZİLER.AZ

Diaspora