“Volkswagen” loqosunu kenquruları uzaqlaşdıran xüsusi səs və dinamiklərlə təchiz edib.
Qaziler.az xəbər verir ki, bu barədə “motor1” yazıb.
Qeyd olunur ki, “RooBadge” adlı xüsusi emblemin hazırlanması layihəsi çərçivəsində Volkswagen Melburn Universitetinin mütəxəssisləri ilə birlikdə çalışıb. Məqsəd Avstraliyada kenqurularla avtomobillərin toqquşmasını azaltmaq olub. Çnki bütün ölkə üzrə vəhşi heyvan qəzalarının təxminən 90%-i onların payına düşür.
Analoji dinamiklərin təkcə Volkswagen tərəfindən deyil, digər şirkətlər tərəfindən də quraşdırılacağı gözlənilir.
QAZİLER.AZ