69 ildən sonra əkiz olduqlarını öyrəndilər - Film kimi olay

69 ildən sonra əkiz olduqlarını öyrəndilər - Film kimi olay backend

Kanadada 69 yaşlı iki nəfər doğulanda səhv ailələrə verilməsi illər sonra ortaya çıxıb.

QAZILER.AZ  Publika.az-a istinaden xəbər verir ki, Kanadanın British Columbia əyalətində yaşayan Richard Beauvais 2020-ci ildə evdə etdiyi DNT testi ilə Ukrayna, Polşa və Aşkenazi yəhudisi olduğunu öyrənib.

İki il sonra Vinnipeqdə ərazidən uzaqda yaşayan Evelin Stoki adlı qadın da DNT testi aparıb və məlum olub ki, Beauvaisin bioloji bacısıdır.

Bu sirr 1955-ci ildə Stoki, Beauvais və qardaşı Eddi Ambrosun Manitobadakı bir xəstəxanada eyni gündə doğulduğu ortaya çıxanda açılıb. Məlum olub ki, Beauvais və Ambrose yanlış ailələrə verilib.

Hadisə ortaya çıxandan sonra Manitoba Baş naziri Vab Kinev ikilidən üzr istəyib.

İndi 69 yaşlı Ambrose və Beauvais bu böyük səhvə görə dövlətdən təzminat alacaqlarına ümid etdiklərini bildiriblər.

 

 

Diaspora