“Vəhşi mələk” serialının ulduzu, uruqvaylı aktrisa Nataliya Oreyro gizli şəkildə Moskvaya gəlib.
Qaziler.az xəbər verir ki, bu barədə “Mash Telegram” kanalı məlumat yayıb. Kanalın sözlərinə görə, sənətçi Sankt-Peterburqdan paytaxta “Sapsan”la gəlib və orada “Şaxta babaya məktub” adlı yeni il rus fantaziyasının çəkilişlərində iştirak edib.
Telekanalın məlumatına görə, ulduz sənətçinin gəlişi xüsusi gizlədilib, Oreyro üzünü şərfin altında gizlənib və təhlükəsizlik qüvvələrinin əhatəsində hava limanından çıxaraq maşına əyləşib. Qara “Mersedes”ə minən ulduz dərhal oradan uzaqlaşıb.
QAZİLER.AZ