Su pəriləri mövcuddur

Su pəriləri mövcuddur backend

Su pəriləri haqda müxtəlif əfsanələr yaranıb

Su pəriləri həmişə insanları özünə cəlb edən müəmma olaraq qalıb. Onlar haqqında öyrənilib ki, bu varlıq qadın cinsindədir və göllərdə yaşayırlar. Mütəxəssislərin bildirdiyinə görə su pəriləri dogrudan da mövcuddur.

Qazilər.az saytı FederalPost-a istinadən xəbər verir ki, su pərisinə oxşayan varlıqlar dünyanın bütün göllərində mövcuddur. Alimlər güman edir ki, onlar Karib dənizi, Aralıq dənizi, həmçinin Sakit okean və Cənubi Atlantikada yaşayırlar.

O da bildirilir ki, ABŞ-da 7 su pərisi tutulub. Bu varlıqlar xüsusi akvariumlarda saxlanır və alimlər onların öyrənilməsi ilə məşğuldurlar.

Su pəriləri haqda yazılan ən məşhur əsər Hans Xristian Andersonun “Su pərisi” nağılıdır və bu nağıl personajına Kopenhagen limanında heykəl də qoyulub.

Qeyd edək ki, 1913-ü ildə ucaldılan bu heykəl dəfələrlə vandalizm aktına məruz qalsa da, hər dəfə bərpa edilib.
Diaspora