Çin şirkətindən avtomobillərin satılması üçün maraqlı təklif

Çin şirkətindən avtomobillərin satılması üçün  maraqlı təklif backend

Çinin elektromobil istehsalçısı “Nio” şirkəti “Nio Phone” markalı flaqman smartfonu formasında avtomobil almaq üçün bonus elan edib.

Qaziler.az xəbər verir ki, bu barədə “ArenaEV” portalı məlumat yayıb.

“Nio Phone” 1440 x 3088 piksel təsvir ölçüsünə, 120 Hz adaptiv tezliyə və 1800 nits pik parlaqlığa malik 6,81 düymlük OLED ekrana malikdir. Cihazın performansını 2022-ci il flaqman çipi “Snapdragon 8 Gen 2” idarə edir və kamerası üç 50 meqapiksellik sensorla təmsil olunur: əsas, ultra geniş bucaqlı və periskoplu telefoto obyektiv.

5,200 mAh batareya 66 Vt sürətli şarjı və 50 Vt simsiz doldurmanı dəstəkləyir ki, bu da Nio avtomobillərinə inteqrasiya olunur.

“Nio Phone” Çində 6,5 min yuan (təxminən 1500 azn) qiymətinə satılır. Lakin bu markadan avtomobillər alınarkən, mobil cihaz hədiyyə olaraq təqdim olunacaq. Cihaz Nio ekosisteminin bir hissəsi kimi hazırlanıb və avtomobilinizi fərdiləşdirmək və idarə etmək üçün 30-dan çox unikal funksiya təklif edir.

QAZİLER.AZ

Diaspora