Stilist Anna Skoroxodova əminliklə qeyd edib ki, 2024-cü ildə geyimdə ən dəbli rənglərdən biri zərif mavi rəng olacaq.
Qaziler.az bildirir ki, “Moskva 24” telekanalı ilə söhbətində ekspert vurğulayıb ki, bu rəng gözəl görünür, yaz-yay görünüşünə asanlıqla inteqrasiya oluna, həm də klassik ağ rəngi əvəz edə bilər.
“Mən zərif mavi rəngin ən populyar olduğunu düşünürəm. Bu, həqiqətən yaz-yay görünüşünə asanlıqla inteqrasiya oluna bilən və klassik ağ rəngi əvəz edən çox gözəl rəngdir”, - ekspert izah edib.
Lavanda rəngə da diqqət yetirməyə dəyər. Obrazı vurğulamaq üçün uyğun rəngdir. Yaşıl çalarlar da aktualdır. Bundan başqa, stilist onların arasında yaşıl və püstə rəngi xüsusi qeyd edib. Bal və süd rəngli çalarlara da müraciət etmək olar.
u mövsüm qaraya alternativ olan rəng qəhvəyidir. Bundan əlavə, albalı, tünd qırmızı və metal rənglər də trenddə olacaq.
QAZİLER.AZ