WhatsApp istifadəçiləri üçün yeni funksiya əlçatan olacaq

WhatsApp istifadəçiləri üçün yeni funksiya əlçatan olacaq backend

Məşhur “WhatsApp” messencerinin istifadəçiləri status yeniləmələrində kontaktları qeyd etməyə imkan verən yeni funksiyadan istifadə edə biləcəklər.

Qaziler.az bildirir ki, Bu barədə WABetaInfo portalı yazır.

Mütəxəssislər bildiriblər ki, WhatsApp status yeniləmələrində kontaktları qeyd etməyə imkan verən funksiya hazırlayır. “İstifadəçilər qeyd olunduqları barədə bildiriş alacaqlar. Bu, əlaqələrinizi status yeniləmələrinə birbaşa cəlb etməyə, insanlarla qarşılıqlı əlaqəni artırmağa kömək edəcək”, - ekspertlər qeyd ediblər.

Kontaktı qeyd edən xüsusiyyət inkişaf mərhələsindədir. Qeyd olunur ki, bu variant tətbiqin gələcək yeniləməsində əlçatan olacaq.

QAZİLER.AZ

Diaspora