İtaliyada polis gecə saatlarında eyni küçədə dəfələrlə avtomobilini idarə edən 103 yaşlı qadını saxlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Canberra Times” yazır.
Sürücünün 1920-ci il təvəllüdlü Cüzepina Molinari olduğu məlum olub. O, eyni küçələrdə dəfələrlə yüksək sürətlə hərəkət etdiyi üçün polisin diqqətini çəkib. Qadının artıq iki ildir ki, müddəti keçmiş sürücülük vəsiqəsi olub. Pensiyaçı qadının yanında avtomobil sığortası da olmayıb. Nəticədə avtomobil saxlanılaraq evakuatorla aparılıb. Təqaüdçünü də evə aparıblar. Yaşlı xanımınsözlərinə görə, o, dostlarına baş çəkməyə gedirmiş. Lakin o indi moped almağı planlaşdırır.
Qeyd olunur ki, Molinari İtaliya tarixində yol hərəkəti qaydalarını pozan ən yaşlı sürücü ola bilər.
QAZİLER.AZ