İt çipsi yemək üçün evdən qaçaraq bara gedib

İt çipsi yemək üçün evdən qaçaraq bara gedib backend

İngiltərədə it sahibindən qaçaraq çips yemək üçün bara gedib.

Qaziler.az xəbər verir ki, bu haqda “Daily Star” yazıb.

Emili Dikson sevgilisi ilə itinə baxarkən ev heyvanının itdiyini görüb. Cütlük bir saat şəhərin küçələrini gəzərək itmiş heyvanı tapmağa çalışıb. Bir müddətdən sonra it yerli barda, ona çips yedizdirən müştərilərin əhatəsində tapılıb.

“Mən çox narahat idim. O, qoca bir itdir və mən ona cavabdeh idim”, - deyə Emili deyib.

Dikson hesab edir ki, it səs-küylü küçədən uzaqlaşmağa çalışaraq təsadüfən bara qaçıb.

QAZİLER.AZ

Diaspora