“iPhone” sahibləri yeni iOS 17.4 əməliyyat sistemini yüklədikdən sonra batareyanın sürətlə tükənməsindən və mobil şəbəkənin kəsilməsindən şikayətləniblər.
Qaziler.az xəbər verir ki, bu haqda “Daily Mail” istifadəçi şikayətlərinə istinadən yazıb. Qeyd edilib ki, “Apple” bir neçə gün əvvəl yeniləmə buraxıb.
Nəşrin həmsöhbətləri iddia edirlər ki, yeniləmədən sonra onların cihazları cəmi iki saat istifadə zamanı 40% boşalmağa, enerji doldurmaq isə daha çox vaxt aparmağa başlayıb. Bir istifadəçinin sözlərinə görə, batareyanı 94% doldurmaq üçün ona dörd saatdan çox vaxt lazım olub.
“iPhone” sahibləri mobil rabitə ilə bağlı problemlərdən də danışıblar. İstifadəçilər adi zənglərdən, “iMessage” və “FaceTime”dan istifadə edə bilməzlər.
Qeyd edək ki, “Apple” martın 6-da “iOS 17.4” və “iPadOS 17.4” əməliyyat sistemlərini təqdim edib. Onlar Avropa Rəqəmsal Bazarlar Aktına uyğun dəyişiklikləri ehtiva edir.
QAZİLER.AZ