"Titanik" filmində baş rolun qocalığını oynayan aktrisanı xatırlayırsınız? Onun adı Qloriya Stüart idi və 1910-cu ildə anadan olub. Gəncliyində o, əsl gözəl olub və əlbəttə ki, gözəllikdə Keyti Uinsleti geridə qoya bilərdi.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, 101 yaşa qədər ömür sürən aktrisa 2010-cu ildə vəfat edib.
70 illik karyerası ərzində o, səhnədə və kinoda dəfələrlə tamaşaçıları heyran edib.
Qloriya Stüartın gənclik fotolarını görənlər:“Nə qəşəng xanımdır”, “Əsl gözəl”, “Sadəcə cazibədardır”, “Onun təbii gözəlliyi heyrətamizdir” – İnternet istifadəçiləri aktrisanın gözəlliyinə tərif yağdırıblar.
QAZİLER,AZ fotoları təqdim edir:





