Son illər İbiza ilə birlikdə uzun müddət əyləncələr üçün cənnət hesab edilən İspaniyanın Mayorka şəhəri daha çox ailəvi istirahət edənləri cəlb etmək və səs-küydən yorulan yerli sakinlərin şikayətlərini həll etmək üçün mbarizə yolları axtarır. Şəhər səs-kküylü turistləri sakitləşdirmək üçün kurort adasında getdikcə daha çox məhdudiyyətlər tətbiq edir, hətta özlərini apara bilməyənləri deportasiya etməklə hədələyir.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, şəhərdə 2024-cü ilin yay mövsümündə yeniliklər olacaq. Bu yay Mayorka turistləri "pis davranışa görə" 3000 avro məbləğində cərimələmək istəyir.
Palma Bələdiyyə Başçısı Hayme Martinez bu həftənin əvvəlində adada vandalizm, küçə sərxoşluğu və döyüşlərə qarşı sıfır dözümlülük siyasətinin olacağını söyləyib.
"Vətəndaşlarımızdan nə tələb ediriksə, ziyarətçilərimizdən də tələbimiz odur", - deyə o bildirib.
Eyni zamanda, Martinez qeyd edib ki, yeni qaydalar növbəti yay tətili mövsümünə qədər tətbiq olunmaya bilər. Bununla belə, o, bu yay küçələrdə daha çox polisin olacağını gözlənilir.
QAZİLER.AZ