“Suzuki” “SkyDrive” ilə birlikdə "uçan avtomobil" istehsalına başladığını elan edib.
Qaziler.az bu barədə UNİAN-a istinadla xəbər verir.
“Suzuki”nin sözlərinə görə, “SkyDrive SD-05”in istehsalı ilə bağlı müqavilə hələ ötən ilin oktyabrında imzalanıb. İstehsal müəssisələri Şizuoka prefekturasının İvata şəhərində yerləşir.
“SkyDrive SD-05” şaquli qalxma və eniş üçün kompakt elektriklə işləyən təyyarədir. O, bir pilot və iki sərnişini qəbul edə bilər. Yeni nəqliyyat növünün maksimal kruiz sürəti 100 km/saatdır. Doldurulan enerji təxminən 10 km uçmaq üçün kifayət edir.
“SkyDrive SD-05”in gələn il Osakada keçiriləcək “Expo 2025” sərgisində hava taksisi kimi istifadə ediləcəyi gözlənilir. Sonra fərdi müştərilər onları ala biləcəklər. “Suzuki” və “Skydrive” bu təyyarələrdən ildə 100-ə yaxın istehsal etməyi planlaşdırır.
QAZİLER.AZ


